Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:05

Kosovada qadınların sammiti başlayıb


Kosovanın paytaxtı Priştinada “Ümumdünya qadın sammiti” açılıb. Sammitdə yüzdən artıq ölkədən qadın təşkilatlarının nümayəndələri iştirak edir.

Sammitdə dünyada qadınların vəziyyəti, sosial-iqtisadi problemləri, qadın hüquqları uğrunda aparılan mübarizə məsələləri müzakirə olunur.

İştirakçılar arasında tanınmış ictimai xadimlər, o cümlədən ABŞ-ın keçmiş dövlət katibi Madeline Olbrayt da var. İndiki dövlət katibi Hillary Clintonun isə forum iştirakçılarına təbriki oxunub.
XS
SM
MD
LG