Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:45
-
«İranda üsyan ola bilər». Politoloq Vəfa Quluzadə «Azadlıq» qəzetinə belə deyib, bu ölkədəki iqtisadi gərginlikdən danışarkən. O, embarqolar nəticəsində İranın iqtisadi baxımdan xeyli gerilədiyini deyib:

«Bir yandan hədə-qorxu var, hər gün İranın bombardman edilməsi müzakirə olunur. O biri yandan əhalinin güzəranı pisləşir».

«Bizim yol» qəzeti sabiq polis rəisi Mahmud Hacıyev ilə müsahibə dərc edib. O, qəzetə deyib:

«Elşad Abdullayevi Azərbaycana İnterpol vasitəsilə gətirə bilərlər».

Mahmud Hacıyev həmçinin bildirib:

«Son mərhələ qalıb: Gülər Əhmədovanın barəsində kifayət qədər material toplayıb həbs qərarı vermək».

Rəsmi qəzetlər isə Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumdan, prezidentin çıxışından yazıblar.

«Azərbaycan» qəzeti yazır ki, dövlət başçısı İlham Əliyevin həmin forumda deyib:

«Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar».

«Müəllimlər günü məktəbləri qarışdırdı». «Yeni Müsavat» qəzeti belə yazır:

«Şagirdlərə müəllimlərini təbrik etmək 15-50 manata başa gəlir. Məsələn, Xətai rayonundakı məktəblərdə şagirdlərdən 20-25 manat pul yığılıb. Nizami rayonunda bu isə bu məbləğ 25-30, Səbail rayonundakı məktəblərdə isə qiymətlər 50 manata qədər yüksəlir».

Təhsil Nazirliyindən qəzetə deyiblər ki, bu deyilənlər araşdırılacaq. Bakı şəhəri üzrə Təhsil İdarəsinin sözçüsü Zəminə Əliqızı isə deyib ki, heç kim silahı kiminsə başına tutub zorla pul istəmir.

«Zerkalo» qəzeti yazır ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Londonda keçirilən Qran-prinin qaliblərindən olub. O, yalnız dördüncü turda Aleksandr Qrişuka uduzub. Özü isə qəzetə belə deyib:

«Hesab etdim ki, burda dəhşətli heç nə yoxdur və yeni turnir kimi oynamağa başladım. Sonra bir partiyanı sakitcə uddum və başa düşdüm ki, risk etmək lazımdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG