Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:18

Suriyadakı dünənki döyüşlərdə azı 123 adam ölüb


Dünən Suriyada baş verən qarşıdurmalar nəticəsində azı 123 adam ölüb. Onlardan 56-sı dinc sakinlərdir. 46-sı hərbçi, 21-i üsyançıdır.

Bu haqda məlumatı France-Press agentliyi Londonda yerləşən Suriya Hüquq Müdafiə Mərkəzinə istinadən yayıb.

Fəalların bildirdiyinə görə, hökumət qoşunları Hələb, Deyraz-Zor, Homs və İdlib şəhərlərini intensiv atəşə tutub.

Dəməşqin şimal-qərbində yerləşən Zabadani şəhərində də hökumət qoşunları ilə üsyançılar arasında silahlı qarşıdurmalar olub. Kudseya şəhərində isə təhlükəsizlik qüvvələri çoxlu sayda müxalifətçini həbs edib.
XS
SM
MD
LG