Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:48

Gəncəçay layihəsinə start verildi


-
Hazırda çayın sahil hissəsi üçün bənd vurma işləri aparılır.

Bu barədə Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Tikinti işləri «Kolan İnşaat» MMC tərəfindən həyata keçirilir.

Layihəyə əsasən, 4 km-dən artıq məsafədə bənd vurma işlərinin aparılması nəzərdə tutulur. Bəndin eni təxminən 3.5 metr, hündürlüyü 1.5 metr olacaq.

Hazırda işlər şəhərin Bayraq meydanı ərazisində aparılır.

Çayın bənd hissəsinin hər 100 metrində bir keçid quraşdırılacaq. Bu da baş verə biləcək daşqınların qarşısını almaq üçün planlaşdırılıb.

Çayın sahilində isə yeni park salınacaq.

Bənd vurma işləri 1 il ərzində yekunlaşdırılmalıdır.
XS
SM
MD
LG