Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:55

Ərdoğan deyib ki, Türkiyə müharibə istəmir


“Türkiyə Suriya ilə müharibə etmək istəmir. Müharibənin nəticələri İraqda, Əfqanıstanda və Suriyada göz qabağındadır. Ancaq biz öz sərhədlərimizi və vətəndaşlarımızı qoruyacağıq”.

Bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib.

Oktyabrın 3-də Suriya ilə sərhəddə yerləşən Türkiyənin Akçakale yaşayış məntəqəsinə Suriyadan bomba atılıb.

Bomba yaşayış evinə düşüb. 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlər uşaqlar və qadınlardır.

Bundan sonra Türkiyə parlamenti Türkiyə Silahlı Qüvvələrinin ölkə xaricinə göndərilməsi ilə bağlı hökumətə 1 il müddətinə səlahiyyət verilməsini nəzərdə tutan qərar layihəsi qəbul edib.
XS
SM
MD
LG