Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:12

Facebook və narkomaniya (VİDEO)


Mirzə Sakit, Bəxtiyar Hacıyev, Emin Milli, Adnan Hacızadə, Cabbar Savalan, ZAUR QURBANLI...
Gözlə

No media source currently available

0:00 1:00:26 0:00

Mirzə Sakit, Bəxtiyar Hacıyev, Emin Milli, Adnan Hacızadə, Cabbar Savalan, ZAUR QURBANLI...

«Azərbaycanda internet azaddır»- bunu rəsmilər deyir. Bəs azad fikirlərin virtual ifadəsindən sonra adamlar azadlıqda qalırmı? Azərbaycan sosial şəbəkəlrini izləsən, bu suala müsbət vabab vermək üçün yüzlərlə nümunə tapmaq olar. Amma bəzən...
Məsələn, NİDA təşkilatının fəalı Zaur Qurbanlının həbsinin əsl səbəbini Facebookda ​prezident qızının dərsliyə salınan şeirini ictimailəşdirməsində görənlər var.

«Facebook»da istədiyini yaza bilərsən, yoxsa yazıb «nəşəxor» çıxa bilərsən? Bu suala gənc fəallar Bəxtiyar Hacıyev və Turqut Qəmbərlə birgə cavab axtardıq. Zaur Qurbanlının vəkili Aslan İsmayılov və millət vəkili Zahid Oruc telefonla verilişə qoşuldular. Proqramda səslənən fikirlərdən:
Bəxtiyar Hacıyev:

«Müəyyən qədər bu versiyaya inanıram ki, qısa müddətə həbs olunsa da, Zaur Qurbanlının həbsi ilə keçmiş deputat Gülər Əhmədovanın adı ətrafında yaranmış qalmaqalın arxa plana keçməsi arasında əlaqə var. Yəni, kimlərsə gündəmi dəyişmək istədi».
Turqut Qəmbər:

AzadliqFM - 5 oktyabr 2012



AzadlıqFM-in 5 oktyabr buraxılışına burada bax
«Sosial şəbəkədə 10 nəfər hakim ailəni tənqid edib, doqquzuna bir söz deməyiblər, amma onuncuya problem yarana bilər. Məsələn, kimsə onu təhdid edə bilər. Yəni birinin üstünə düşməklə digərlərinin gözünü qorxuzmaq məqsədi güdürlər. Bəzən də bu işə yarıyır, kimsə fikirləşir ki, bir az yumşaq yazsın».
- Siz necə yumşaq yazırsız, ya yox?
- Kifayət qədər kəskin tənqid yazıram.
- Bəxtiyar bəy, siz necə, həbsinizdən əvvəlki və sonrakı statuslarınızın tənqid dozasında fərq varmı?
- Bəzən yazdığım yazıları ikinci dəfə nəzərdən keçirirəm, sonra səhifəmə yerləşdirirəm.
- Gəncləri niyə narkotik vasitə ilə həbs etmək asandır?
- Gənclərin həbsi kimə mesajdır?
- «Facebook»da hakimiyyəti tənqid etmədə «qırmızı xətt» nədir?
- Zaur Qurbanlının saxlanması fəal gənclərə necə təsir edib?
- “tinsöhbəti”, “susmayaqbiz”, “əqrəb” kimi saytlar indi niyə yoxdur?

BU VƏ DİGƏR SUALLARA CAVABLARI BURDAN DİNLƏ:

XS
SM
MD
LG