Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:21

Rusiya ilə Ekvador arasında viza rejimi ləğv edilir


Rusiya vətəndaşları noyabrın 24-dən Ekvadora vizasız gedə biləcək.

Bu barədə İnterfaks agentliyi xəbər verir.

Rusiyanın Xarici İşlər Nazirliyi iki ölkə arasında vizasız gediş-gəlişlə bağlı razılaşma əldə olunduğunu bəyan edib.

Sənədə görə Rusiya və Ekvador vətəndaşları xarici pasportu təqdim etməklə 90 gün digər ölkədə qala bilərlər.
XS
SM
MD
LG