Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:21

Aksiyaçılar Bişkeklə Oşu birləşdirən yolu bağlayıb


Qırğızıstanda aksiyaçılar “Ata yurd” partiyasının liderlərinin həbsinə etiraz olaraq paytaxt
Bişkeklə Oş şəhərini birləşdirən magistral yolu bağlayıblar.

Partiyanın tərəfdarları çərşənbə günü “Kumtor” qızıl yatağının milliləşdirilməsi tələbilə parlamentin binası qarşısında aksiya keçirib və binaya soğulmağa çəhd göstəriblər.

Polis kütləni dağıdıb, partiya liderləri də daxil olmaqla 10-dan çox aksiyaçı saxlanıb, 12 nəfər xəsarət alıb.

Cümə axşamına keçən gecə partiyanın sədri Kamçibek Taşiyev, partiyanın parlamentdəki fraksiyasının lideri Sadır Japarov və parlamentin vitse-spikeri Talant Mamıtov həbs edilib.

Partiyanın tərəfdarları bu gün də Milli Təhlükəsizlik komitəsinin qarşısında onların azad edilməsi tələbilə aksiya keçiriblər.
XS
SM
MD
LG