Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:46

«Naxçıvanda elmin inkişafı digər regionlara nümunədir»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 2 avqust 2012. sayı: 144 (20.549)


SƏHİYYƏ İŞÇİLƏRİNİN 4-CÜ ƏMƏK YARMARKASI KEÇİRİLMİŞDİR

Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin təşkilatçılığı ilə səhiyyə işçilərinin 4-cü əmək yarmarkası keçirilmişdir. Tibb mütəxəssislərinin işə qəbulu zamanı şəffaflığı təmin edilməsi məqsədilə ildə bir dəfə keçirilən yarmarkaya müxtəlif səhiyyə müəssisələrindən 381 həkim, 90 orta tibb işçisi üçün boş iş yeri olmaqla, 471 vakant iş yeri çıxarılmışdır.

…Nazir vurğulamışdır ki, son 16 ildə Naxçıvan Muxtar Respublikasında 200-ə yaxın səhiyyə obyekti istifadəyə verilmiş, onlar müasir avadanlıqlarla, zəruri tibbi preparatlarla təchiz edilmişlər. İndi ən ucqar dağ və sərhəd kəndlərində müasir səhiyyə müəssisələri fəaliyyət göstərir.

…Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiə naziri Cavid Səfərov əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə son illərdə görülən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, əhalinin məşğulluğunun gücləndirilməsi, işaxtaranlarla işəgötürənlər arasında birbaşa əlaqələrin yaradılması və məşğulluq orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi baxımından əmək yarmarkalarının təşkili mühüm əhəmiyyətə malikdir.

AKADEMİK MAHMUD KƏRİMOV: NAXÇIVANDA ELMİN İNKİŞAFI AZƏRBAYCANIN DİGƏR REGİONLARINA NÜMUNƏDİR

…Regionda elmin inkişafına kompleks şəkildə yanaşılır. Əgər biz elmin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri sadalasaq, gərək bir neçə saat danışaq. AMEA Naxçıvan Bölməsinin mərkəzi Aparatının, tədqiqat institutlarının yerləşdiyi binalar ən müasir tələblərə cavab verir. Mən bölmənin bütün institutları ilə tanış olmuşam. Buradakı laboratoriyalarda tədqiqatlar aparmaq üçün hər cür şərait vardır. Azərbaycan Milli Elmlər Akademiyasının tədqiqat institutlarının təmirinə və laboratoriyaların qurulmasına təzə başlanıb. Ancaq bu işlər Naxçıvanda başa çatdırılıb. Demək istəyirəm ki, blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan bizi həmişə qabaqlayıb. Tam səmimi deyirəm ki, Naxçıvanda elmin inkişafı Azərbaycanın digər regionlarına nümunədir.
…Hesab edirəm ki, Naxçıvanın şəhər mədəniyyəti ilə bağlı böyük bir beynəlxalq elmi tədbirin ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi məqsədəuyğundur. Gələcəkdə Bakı şəhərində belə bir beynəlxalq simpoziumun keçirilməsi Naxçıvan şəhərinin yaşının beş min ildən çox olduğunu dünya ictimaiyyətinə çatdırılmasının ən yaxşı üsullarından biridir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Sədərək sürətlə yeniləşir
- Satıcılar üçün kurs təşkil olunmuşdur
- Qədim Qala

Şərhləri göstər

XS
SM
MD
LG