Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:02

Müdafiə sənayesində ilə 20 milyard dollar korrupsiyaya yem olurmuş


Arxiv foto: Misir ordusu. 9 avqust 2012-ci il.
Arxiv foto: Misir ordusu. 9 avqust 2012-ci il.
-

HƏR 3 ŞİRKƏTDƏN 2-DƏ KORRUPSİYA ŞÜBHƏSİ

Transparency İnternational – Beynəlxalq Şəffaflıq təşkilatının oktyabrın 4-də yayılan məlumatında deyilir ki, dünyada müdafiə sənayesində çalışan ən böyük şirkətlərin hər 3-dən ikisi korrupsiya ilə necə mübarizə aparmasına dair sənədlər təqdim edə bilməyib. Hesabat müəllifləri dünyanın 129 ən böyük hərbi sənaye şirkətini araşdırdıqdan sonra bu qənaətə gəldiklərini bildirirlər.

Transparency İnternational Britaniya`nın hazırladığı hesabatda qeyd edilir ki, araşdırmaya dünyada silah ixracının 90 faizini əllərində saxlayan ABŞ, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya və Çinin ən böyük hərbi sənaye müəssisələri də cəlb edilib.

SİLAH AL-VERİNDƏ KORRUPSİYA OLMASAYDI, DÜNYADA AC QALMAZDI?

Sənəddə qeyd edilir ki, müdafiə sənayesindəki hərbi sirlər həm də bu sahədəki iri həcmli alqı-satqı əməliyyatlarında korrupsiyanı gizlətmək üçün bir vasitəyə çevrilir: “Müdafiə sahəsində korrupsiya olduqca qorxulu, dağıdıcıdır və əvvəl-axır burda göyə sovrulan pullar hamının cibindən gedir. Müdafiə sahəsində korrupsiyaya yem edilən pulları daha yaxşı şeylərə xərcləmək olardı” – deyə Transparency İnternational Britaniya`nın Müdafiə və Təhlükəsizlik bölməsinin direktoru Mark Pyman bildirib.

Transparency İnternational`ın təxmini hesablamalarına görə hər il dünyada azı 20 milyard dollar pul müdafiə sənayesində korrupsiyada yeyilir. Bu da Böyük 20-lik ölkələrinin 2009-cu ildə dünyada aclıqla mübarizə üçün vəd etdikləri maliyyə yardımına bərabər bir məbləğdir. Yəni, sadə ifadə etsək, silah al-verində korrupsiya olmasaydı, dünyada heç kim ac qalmazdı.

RƏHBƏRLƏR KORRUPSİYADAN HEÇ DANIŞMIRLAR DA

Təşkilat yazır ki, müdafiə sənayesi şirkətlərinin 85 faizinin rəhbəri öz təşkilatında anti-korrupsiya tədbirlərinin zəruriliyi haqqında sadəcə olaraq danışmır.

Amma belə şirkətlərdən 10 faizinin yaxşı anti-korrupsiya sisteminin olduğu da araşdırma zamanı üzə çıxıb.

Qarabağ və ətrafında torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanın da müdafiə sahəsinə xərcləri 2012-ci ildə 4 milyard dollara yaxınlaşdırıb. Amma bu hesabatda Azərbaycanın adı qeyd edilmir.
XS
SM
MD
LG