Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:55

Türkiyə parlamenti Suriya ərazisində əməliyyata icazə verib


Türkiyə parlamenti qonşu Suriya ərazisində hərbi əməliyyat keçirilməsinə icazə verən qanun layihəsi qəbul edib.

Anadolu agentliyinin məlumatına görə, 1 illik qüvvəsi olan sənəddə lazım gəlsə Suriya ərazisinə ordu yeritmək və ya havadan zərbə endirmək nəzərdə tutulur.

Amma baş nazir müavini Besir Atalay səsvermədən sonra deyib ki, qanun layihəsi müharibə üçün deyil və xəbərdarlıq xarakteri daşıyır.

Qeyd edək ki, dünən Suriya ərazisindən atılan raketin Türkiyənin Akçakale şəhərinə düşməsi nəticəsində 5 nəfər ölüb.

Türkiyə isə buna cavab olaraq Suriya ərazisini atəşə tutub.

Bir neçə Suriya əsgərinin öldüyü xəbər verilir.

BMT və NATO Suriyanı qonşu dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıblar.

Bu gün BMT-nin təhlükəsizlik şurasında Suriyanın bu hərəkəti müzakirə olunacaq.
XS
SM
MD
LG