Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:29

Karlovı Varıdakı mərkəzi parka Anna Politkovskayanın adı verilib


Çex Respublikasının Karlovı Varı şəhərindəki mərkəzi parka Moskvada öldürülmüş rusiyalı jurnalist Anna Politkovskayanın adı verilib.

Bu gün parkda Anna Politkovskayanın şərəfinə xatirə lövhəsi açılıb. Mərasimdə Karlovı Vari şəhərinin meri Yirji Klsak çıxış edib. Sonra Politkovskayanın məqalələrindən fraqmentlər oxunub.

Şəhər parkına Anna Politkovskayanın adının verilməsinin təşəbbüskarı People in Need adlı yerli qeyri-hökumət təşkilatıdır.

Karlovı Varı rusiyalı turistlərin əsas istirahət yerlərindən biridir.
XS
SM
MD
LG