Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33

Avropa Şurası siyasi məhbus meyarlarını qəbul etdi


Avropa Şurası Parlament Assambleyası

Avropa Şurası Parlament Assambleyası

-
Avropa Şurası Parlament Assambleyası oktyabrın 3-də almaniyalı deputat Christopher Strasser'in hazırladığı «Siyasi məhbus anlayışı» məruzəsini dinləyib.

Sənəd 100 səs lehinə, 64 səs əleyhinə olmaqla qəbul edilib və siyasi məhbus anlayışının meyarları müəyyənləşdirilib.

Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır:

- saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə;

- saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə;

- həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə;

- vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

/MediaForum/

Şərhləri göstər

XS
SM
MD
LG