Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:08

Hələbdəki partlayışları terrorçu qrup törədib


Radikal islamçı qrup “Al-Nusra Front” dünən Hələb şəhərində baş verən partlayışlara görə cavabdehliyi üstünə götürüb.

Bu haqda France-Press ABŞ-ın SİTE təşkilatına istinadən məlumat yayıb.

“Al-Nusra Front” bildirib ki, onların hədəfi zabitlər evi, şəhər meriyasının binası və iki otel olub.

Suriya dövlət televiziyasının məlumatına görə, intiharçının törətdiyi partlayış nəticəsində azı 31 nəfər ölüb.

Suriya hüquq müdafiə təşkilatları 40-a yaxın adamın öldüyünü, onların çoxunun hərbçilər olduğunu bildirib.

Hüquq müdafiəçiləri İdlib şəhərində üsyançıların hərbi posta hücum etdiklərini, 15 hərbçinin öldürüldüyünü bildiriblər. Onlarla adam isə Deraa, Homs, Hama və Dəməşq ətrafındakı döyüşlərdə ölüb.
XS
SM
MD
LG