Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 14:59

ABŞ Suriyanın Türkiyəyə bomba atmasından qəzəblənib


Dünən Suriya ilə sərhəddə yerləşən Türkiyənin Akçakale yaşayış məntəqəsinə Suriyadan bomba atılıb. Bomba yaşayış evinə düşüb. 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlər uşaqlar və qadınlardır.

Suriya bildirib ki, hadisəni araşdırır. Suriyanın informasiya naziri Umran Zubi ölənlərin yaxınlarına başsağlığı verib. Zubi deyib ki, Türkiyə sərhədlərinə nəzarət etməli, terrorçuların və silahlı qrupların sərhədi keçmələrin qarşısını almalıdır.

NATO-nun bəyanatında bildirilir ki, “NATO müttəfiqinə qarşı edilən bu cür hücumların dərhal dayandırılmasını tələb edir”.

BMT-nin baş katibi Ban ki-Moon isə deyib ki, “Suriyadakı böhran təkcə Suriya xalqının təhlükəsizliyinə təhdid deyil. Bu böhran Suriyanın qonşularına da zərər verir”.

ABŞ dövlət katibi Hillary Clinton Suriyadan Türkiyə sərhədinə bomba atılmasından qəzəbləndiklərini, dinc adamların həlak olmasından narahat olduqlarını bildirib. Clinton hadisəni “çox, çox təhlükəli” kimi qiymətləndirib. Asad rejimini atəşkəsə, öz xalqına divan tutmaqdan əl çəkməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG