Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:57

Romney ilə Obama ilk debata çıxıb


Dünən gecə Mitt Romney və Barack Obama 1,5 saat müddətində teledebata çıxıb. Hər iki tərəf daxili siyasətdə heç bir mövzuda razılaşmayıb.

ABŞ-da noyabrın 6-da keçiriləcək prezident seçkilərindən əvvəl demokratların namizədi Barack Obama və respublikaçıların namizədi Mitt Romney ilk teledebata çıxıb. Obama və Romney Denver Universitetində görüşüb. 1,5 saat davam edən debatda namizədlər vergi, büdcə, səhiyyə və daxili siyasətə aid başqa sahələrdən danışıblar.

İlk sual iqtisadiyyat haqqında olub. Obama “harada olduğumuz yox, hara getdyimiz” əhəmiyyətlidir deyərək, indiyə qədər gördükləri işlərdən danışıb. Hakimiyyətə gəldiyi gündən ölkənin daha yaxşı vəziyyətdə olduğunu, bu vəziyyətin getdikcə daha yaxşı olacağını bildirib.

Namizədlər daha sonra vergi siyasəti haqqında danışıblar. İlk dərin fikir ayrılığı da burada ortaya çıxıb. Vergi mövzusu haqqındakı müzakirələr 20 dəqiqədən çox çəkib. İkinci hissədə isə büdcədən danışılıb.
Vergi mövzusu ilə birlikdə səhiyyə də ən qızğın mübahisə mövzularından olub. Romney deyib ki, Obamacare çöküb. O isə bu sistemi dəyişəcək.

Son söz vaxtı isə Romney deyib ki, federal hökumətin vəzifəsi xalqın rifahını yüksəltməkdir. Deyib ki, aralarında bir-birindən fərqli istiqamətlər var. Obama isə təhsil kreditləri, kreditlərin tələbələrə verildiyini misal göstərib. Sonda isə kameraya dönərək seçicilərdən səs istəyib.
XS
SM
MD
LG