Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:44

Gürcüstan müxalifəti təkmandatlı dairələrdə də qalib gəlir


Məlumatlara görə, müxalifətdə olan “Gürcü arzusu” kolaisiyası parlament seçkisində partiya siyahısında olduğu kimi təkmandatlı dairələrdə də qalib gəlir.

MSK xəbər verir ki, 38 dairədə müxalifət, 35 dairədə isə hakim Birləşmiş Milli Hərəkat partiyasının nümayəndələri qalib gəlir.

Partiya siyahısında “ Gürcü arzusu” koalisiyası daha böyük fərqlə qalib gəldiyinə görə, çox güman ki, müxalifət parlamentdə lazımi çoxluq qazanacaq.

“Gürcü arzusu” koalisiyası artıq yeni hökumət yaratmağa hazır olduqlarını bəyan edib və bu məqsədlə işçi qrup yaradıb.

Müxalifət lideri Bidzina İvanishvili ilk səfərini Vaşinqtona edəcəyini bəyan edib.

Rusiyanın Xarici İşlər Nazirliyi seçkinin nəticələrinin Moskva və Tbilisi arasındakı münasibətləri yaxşılaşdıracağına ümidlə yanaşdığını bəyan edib.
XS
SM
MD
LG