Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:33

Qalmaqallı videonun müəllifi - Elşad Abdullayevin evinin hasarı sökülür


-
Bakı şəhər Prokurorluğunun nümayəndələri Elşad Abdullayevin yaydığı qalmaqallı videonun çəkildiyi ofisdə olublar.

Onlar bu dəfə mülkin sahiblərinə axtarış üçün məhkəmə orderini təqdim ediblər.

Ofis Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədova məxsusdur.

Hadisə yerində olan müxbirimiz xəbər verir ki, prokurorluq işçiləri ofisdə video-çəkiliş aparıblar.

Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin evinin isə hasarı sökülür.

Müxbirimiz xəbər verir ki, hasarı sökənlər bunu Bakı şəhər İcra Hakimiyyətinin göstərişi əsasında etdiklərini bildiriblər. Deyiblər ki, hasar qapalı ərazidə qanunsuz tikilib. Hazırda evdə Elşad Abdullayevin xanımı yaşayır.

Elşad Abdullayevin yaxın qohumu isə jurnalistlərə bildirib ki, onlar Daxili İşlər Nazirliyinin 102 xidmətinə söküntüdən şikayət ediblər. Polis əməkdaşı gəlib və izahatlarını alıb. Amma söküntü dayandırılmayıb.

Sentyabrın 25-də deputat Gülər Əhmədovanın hazırda Fransada yaşayan Elşad Abdullayevdən rüşvət istəməsini əks etdirən video yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG