Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:01

Türkiyədə yaşayış binasına raket düşüb, ölənlər var


Türkiyənin Akçakale şəhəeindəki yaşayış binasına raket düşüb, nəticədə azı 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Məlumatlara görə raket Suriya ərazisindən buraxılıb.

Şəhər merinin məlumatına görə, ölənlərin arasında uşaq da var.

Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu insident barədə BMT-nin baş katibi Ban Ki Moona məlumat verib.

Ötən həftə də şəhərdə belə bir insident baş verib, amma xoşbəxtlikdən xəsarət alan olmayıb.

Hazırda Suriyanın şimalında, Türkiyə sərhəddinin yaxınlığındakı bir neçə rayonda Suriyanın hökumət və müxalifət qüvvələri arasında döyüşlər gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG