Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:52
-
55 yaşlı Maryam İranın tarixi şəhərlərindən biri olan İsfahanda yaşayır. İrandakı nüvə obyektlərinin bəziləri bu şəhərin ətrafında yerləşir. Ona görə də, Maryam bu obyektlərə hərbi zərbələrin hansı nəticələr törədəcəyini düşünməyə bilmir:

«Bu zərbələrin bizim kimi adi insanlara təsiri barədə məlumatım olmasa da, çox qorxuram».

Maryam'ın bilmədiyini isə son araşdırmalar üzə çıxarıb. Araşdırmanı Yuta Universiteti ilə «İran üçün ümid» adlı qeyri-hökumət təşkilatı aparıb.

«Ayətullahın nüvə oyunu» adlı araşdırmaya əsasən, İsfahandakı nüvə obyektinə zərbə 2 milyonluq şəhərin minlərlə sakini üçün faciə olacaq.

Həmin əhali birbaşa hərbi zərbə nəticəsində həlak olmayacaq. 70 min adam hərbi zərbələrdən sonrakı bir saat ərzində şəhəri bürüyəcək zəhərli tüstüdən öləcək və ya yaralanacaq. Bu o deməkdir ki, İsfahan əhalisi Çernobıl qəzasına bərabər fəlakətlə üzləşəcək.

Araşdırmanın müəllifi Khosrow Semnani:

«İnsanların dərisi yanar, gözləri kor olar, ağciyərləri və böyrəkləri sıradan çıxa bilər. Adamlar bir müddət sonra dəri və xərçəngin digər formalarına yoluxa bilərlər».

Hesabatda İranın İsfahan, Natanz, Arak və Buşehr şəhərlərindəki nüvə obyektlərinə preventiv zərbələrin potensial nəticələri araşdırılıb.

İNSANLARI DÜŞÜNƏN YOXDUR, ELƏ HEY NEFTİ DÜŞÜNÜRLƏR

Araşdırmada deyilir ki, hərbi zərbələr nəticəsində nüvə obyektlərində olan alimlər, əməkdaşlar, hərbçilər ilk qurbanlar olacaq.

İsfahanda nüvə obyekti

İsfahanda nüvə obyekti

Yenə Khosrow Semnani bunları deyir:

«Bizim hesablamalarımıza görə, bu 4 ərazinin bombalanması nəticəsində həlak olanların sayı 5 min olacaq. Lakin bombalanma daha çox obyekti əhatə etsə, tələfat 10 mindən çox olacaq».

Yeni Amerika Fondunun əməkdaşı, iranlı ekspert Afshin Molavi deyir ki, bu araşdırma Qərbdə İrana hərbi zərbələrlə bağlı müzakirələrdəki boşluğu doldura bilər:

«İnsanlar hərbi hücum perspektivindən məsuliyyətsiz danışırlar. Elə hey neftin qiymətinin qalxması, geosiyasi nəticələri düşünürlər. Heç kim indiyə qədər İrana hərbi hücumun nəticələrindən danışmayıb. Humanitar fəlakətin nəticələri çox ciddi ola bilər. Düşünürəm ki, bu hesabat vacib bir boşluğu doldurur. Bunu İsraildəki, Qərb hökumətlərindəki və bütün dünyadakı siyasətçilər oxumalıdır».

İranın nüvə obyektlərinə zərbələr zamanı mümkün insan tələfatı barədə düşünməyən isə təkcə Qərb analitikləri deyil. İranın özündə də bu, müzakirə olunmur. Dövlət mediası diqqəti yalnız hərbi müdaxiləyə İranın necə cavab verəcəyinə yönəldib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG