Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:47

ABŞ-da prezidentliyə namizədlərin ilk debatı olacaq


ABŞ-ın Denver şəhərində prezidentliyə namizədlər Barack Obama və Mitt Romney arasında debat keçiriləcək.

Bu namizədlər arasında keçiriləcək 3 debatın birincisidir.

Bugünkü debatda namizədlər daxili siyasətdən danışacaq.

Digər debatlarda isə xarici siyasət məsələləri müzakirə olunacaq.

İctimai rəy sorğularına görə, Obama rəqibi Romneyi bir qədər qabaqlayır.

Amma analitiklər hesab edir ki, Romneyin uğurlu çıxışı bunu dəyişə bilər.

Sentyabrın 11-də isə vitse-prezidentliyə namizədlərin debatə olacaq.

ABŞ-da növbəti prezident seçkisi noyabrın 6-da keçiriləcək.
XS
SM
MD
LG