Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:35

İvanishvili ilk səfərini Vaşinqtona edəcək


Gürcüsyanda parlament seçkisində qalib gəlmiş koalisiya yeni hökumət yaradılmasının müzakirəsinə başlayıb.

Kolaisiyanın lideri Bidzina İvanişvili bu gün Tbilisidə jurnalistlər qarşısında çıxış edərkən ilk səfərini Vaşinqtona edəcəyini deyib.

Qeyd edək ki, İvanişvili eyni zamanda Rusiya ilə də münasibətlərin yaxşılaşdırılmasını istəyir.

Son nəticələrə görə müxalifətdə olan “Gürcü arzusu” koalisiyası parlament seçkisində 55, hakim Nirləşmiş Milli Hərakat isə 40 faiz səs toplayıb.

Qalan partiyalar isə parlamentə düşə bilməyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoruya Nuland azad seçkiyə görə Gürcüstan xalqını təbrik edib.

Həmçinin Avropa Birliyi Gürcüstanda keçirilmiş parlament seçkisini demokratiyaya doğru daha bir addım adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG