Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:20

ARDNŞ 1 milyona park salır


-
Azərbaycan Dövlət Neft Şirkəti Odessada 1 milyon dəyərində xiyaban salacaq.

Bu barədə Ukraynanın «Ekonomiceskiye izvestiya» saytında yazılıb.

Sayt məlumat verir ki, Odessada «Azərbaycan» parkı salınacaq. Artıq Azərbaycanın Dövlət Neft Şirkətinin nümayəndəsi ilə şəhər meri arasında razılaşma olub.

Odessanın vitse-meri Nikolay Ilchenko deyib ki, Azərbaycan bu layihəyə 1 milyon dollar qoyacaq:

«Əminəm ki, odessalılar parkın forma və dizaynından təəccüblənəcəklər».

Hazırda layihə üzərində iş gedir.
XS
SM
MD
LG