Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:04

15 manata bal satılacaq


-
Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 17-dən noyabrın 5-dək Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək.

Bu barədə nazirliyin rəsmi saytında verilir.

Yarmarka paytaxtın Nərimanov rayonu ərazisində, «Gənclik» və keçmiş «Şuşa» kinoteatrının yaxınlığında, Atatürk prospekti 6a və Maqsud Əlizadə 133 küçələrinin kəsişdikləri yerdə yerləşən «Laləndə» şadlıq sarayında təşkil ediləcək.

Sərgidə 49 rayondan 200 nəfər arıçı iştirak edəcəyi, satışa 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu çıxarılacağı gözlənir.

Nazirlik bildirir ki, satışa çıxarılacaq məhsulların keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılacaq.

Balın 1 kq-nın 15 manata satılacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG