Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:54

«Çudo Peçka»da bəzi məmulatların satışı qadağan edilib


-
Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti ticarət şəbəkəsinin sexlərində araşdırma apardıqdan sonra bu qərarı verib.

Aşkar edilmiş nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati qaydada protokol tərtib edilib, «Çudo Peçka» cərimə olunub.

Xidmətdən APA-ya verilən məlumata görə, «Çudo Peçka»da bir sıra kulinariya məmulatları (ət və ciyər peraşkisi, mimoza, şuba salatı, ət qiyməsi ilə blinçik və s.), dönər və biskvitli kremli, ballı, xamalı tortun istehsalı və satışı qadağan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG