Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:15

"Yazı" dərgisinin yeni sayı gəldi


-

“Yazı” ədəbiyyat dərgisinin növbəti sayı işıq üzü görüb.

Dərgi baş redaktorun qeydləri ilə açılır.

Nəsr bölməsində Rəhim Əliyevin “Qoşulub qaçmayan qız” romanının sonu, Aslan Quliyevin “Qızılquş və mən”, Eyvaz Zeynalovun “Bələdçi” romanlarının əvvəli, Alpay Azər və Sahilə İbrahimovanın hekayələri çap olunub.

Poeziya başlığında oxucular Bəxtiyar Hidayət, Zamin Hacı, Esmira Məhiqızı, Qədiməli Əhməd, Afaq Şıxlı və Bərxudar Səlimoğlunun şeirlərini oxuya biləcəklər.

Bu sayda “Yazı”nın yaradıcı qrupunun üzvü olan iki yazıçının yubileyləri geniş qeyd olunub – Aydın Tağıyevin 60, Aslan Quliyevin 55 yaşı. Bu münasibətlə yazıçılar haqda geniş materialları bu nömrədə oxumaq olar.

Güneyli yazar Ruqəyya Kəbirinin şeirləri və “Adres” hekayəsi “Güney sovqatı” başlığıyla verilib.

“Yeni səslər”də Feyziyyə, Sərdar Tağıyev, Dilqəm Əhməd, Babək Ağayev, Şəhriyar Del Gerani, Nicat Yusifov, Əyyub, Türkan Zamanova, Xatirə Nurgül, Həmid Piriyevin şeirləri ilə tanış olmaq olar.

Dərginin tənqid və araşdırma bölümündə Tehran Əlişanoğlunun “Sos: ədəbiyyatımız sinfi parçalanma ərəfəsində”, Rəhim Əliyevin “Seymur Baycanın “Quqark” romanı haqqında məqalələri, habelə “Semiotika laboratoriyası”nda Niyazi Mehdinin “Estetik esselər silsiləsindən” yazısı dərc edilib.

Nəriman Əbdürrəhmanlının Yasunari Kavabatadan, Araz Gündüzün Boris Akunindən etdikləri çevirmələrin də oxucularımızın marağına səbəb olacağını düşünürük.

Ənənəvi “Qara sevda” rubrikası həyatdan vaxtsız köçmüş istedadlı qələm sahibləri Hüseyn Əfəndiyə və bu yaxınlarda dünyasını dəyişən gənc ədib Zərdüşt Şəfizadəyə həsr edilib.

“Yazı” dərgisinin yeni sayını “Azərmətbuatyayım”ın və “Metroservis”in köşklərindən əldə etmək mümkündür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG