Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:15

Polis bölməsində ölüm hadisəsi baş verib


-
Azərbaycanda polis bölməsində ölüm faktı qeydə alınıb.

Bu barədə APA-ya Sabunçu rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, quldurluq etdiyinə görə polis tərəfindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilən Rauf Korabinkov bölmədə ölüb. Onun ölümünün dəqiq səbəbləri məlum deyil. Mərhumun meyiti ekspertizaya göndərilib.

İlkin olaraq onun ölümünə səbəb kimi ürək tutması göstərilir. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyi açıqlandıqdan sonra məlum olacaq.

Araşdırma aparılır.
XS
SM
MD
LG