Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:41

Suriyaya gedən İran təyyarəsi Bağdadda yoxlanılıb


İraqın hakimiyyət orqanları Suriyaya gedən İran təyyarəsini Bağdadda enməyə məcbur edib. Təyyarədə silah-sursatın olub-olmamasını yoxlamaq üçün axtarış aparılıb. Axtarış zamanı təyyarədən silah çıxmayıb. Bundan sonra təyyarəyə Suriyaya uçmağa icazə verilib.

Bundan əvvəl ABŞ İraqın öz ərazisindən İranın Suriyaya silah aparan təyyarələrinə icazə verməsi ilə bağlı narahatlığını bildirmişdi.

Dünən Suriyada hökumət qoşunları müxalifətçilərin Dəməşq və onun ətrafındakı mövqelərini atəşə tutub. Hələbə isə əlavə qüvvələr göndərilib.

Suriya hüquq müdafiəçilərinin məlumatına görə, ölkə boyu baş verən silahlı qarşıdurmalarda 104 nəfər ölüb. Onlardan 57-si dinc sakinlərdir.

18 ayda baş verən qarşıdurmalarda 31 min adamın öldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG