Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18

Prokuror keçmiş komissarlıq işçilərinə iş istəyib


Bakı Hərbi Məhkəməsində Sumqayıtın keçmiş hərbi komissarı Samir Məmmədov, hərbi komissarlığın II bölmə rəisi Fəxrəddin Əliyev, komissarlığın hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov və IV bölmə rəisinin köməkçisi Azər Xaliqovun məhkəməsi davam etdirilib.

APA-nın məlumatına görə, dövlət ittihamçısı Samir Məmmədova 12, Mirnazir Muxtarov və Azər Xaliqovun hər birinə 9 il 6 ay, Fəxrəddin Əliyevə isə 6 il həbs cəzası istəyib.

Proses oktyabrın 9-da davam etdiriləcək.

Həmin gün təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək.

Təqsirləndirilən şəxslər hakimiyyətdən sui-istifadə etmə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG