Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:27

Dominique Strauss-Khana qarşı ittihamlardan biri geri götürülüb


Beynəlxalq Valyuta Fondunun keçmiş icraçı direktoru Dominique Strauss-Khana qarşı qrup halında zorlama ittihamı geri götürülüb.

Fransa prokurorluğunun məlumatına görə, bu cinayətin qurbanının şikayətini geri götürməsilə bağlıdır.

Fransanın Lill şəhərində fahişəxana şəbəkəsi yaradılması və onun bu məsələdə əli ola bilməsilə bağlı istintaq isə hələ ki, davam etdirilir.

Amma Dominique Strauss-Khan ittihamı rədd edir.
XS
SM
MD
LG