Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:58

Azadlıq Radiosunun Gürcü Xidmətinin əməkdaşı Koba Liklikadze Azadlıq Radiosunun Azərbaycan Xidmətinin suallarına cavab verir

Gürcüstanı əsil demokratik seçki keçirməyi ilə təbrik etmək olarmı?

Koba Liklikadze: Məncə, olar. Bütün dünya gözləyirdi ki,
Gürcüstan bu imtahanı verə biləcəkmi, bu sınaqdan çıxa biləcəkmi?
Gürcüstan göstərdi ki, demokratik seçki keçirə bilər.

Və bütün avtoritar hərəkətlərinə baxmayaraq prezident Saakaşvilinin məğlubiyyətini etiraf etməyi də hörmətə layiqdir. Bunu hər prezident bacarmazdı.

Gürcüstanda gözləyirdilərmi ki müxalifət seçkiləri udacaq?

Koba Liklikadze: Ola bilər bəziləri inanmırdı, ancaq məncə, əksəriyyət “Gürcüstan Arzusu”nun qalib gələcəyini gözləyirdi

İvanishvili blokuna səs verənlər bu blokun lehinə səs verdilər yoxsa Saakaşvilinin və onun partiyasının əleyhinə?

Koba Liklikadze: Saakaşvilinin əleyhinə səs verənlər var idi. Ancaq bir xeyli adam da var idi ki, əvvəlki seçkilərdə evdə otururdu, səs verməyə getmirdi. İndi onlar İvanishvili blokuna səs verdi. Bunlar təxminən 25 faizdir.
Yerdə qalanlar doğrudan da müxalifətə inanan adamlardır.

İndi İvanishvili nə edəcək?

Koba Liklikadze: İvanishvili çox praqmatik adamdır. Ancaq onun özü deyir ki, heç kimin sehirli çubuğu yoxdur. O ilk növbədə büdcədəki vəziyyətə baxacağını bildirib. Çünki hakim partiya seçki kampaniyasının çox hissəsini büdcə pulları hesabına aparıb. Ola bilər, büdcədə böyük “deşiklər” yaranıb.
İvanishvili deyir ki, lazım gəlsə, öz şəxsi pulunu islahatlara xərcləyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG