Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:50

Azərbaycanın Müdafiə Nazirliyi İsrailə hərbi bazalar verilməyəcəyini bildirib


Azərbaycanın Müdafiə Nazirliyi İrana hücum ediləcəyi halda Azərbaycanın hərbi-hava bazalarını İsrailin ixtiyarına verəcəyi barədə məlumatı təkzib edib.

Nazirliyin mətbuat katibi Eldar Sabiroğlu “Reuters”in yaydığı belə bir məlumatın üzərində dayanmağa əsas görmədiklərini bildirib.

O qeyd edib ki, Azərbaycan regionda stabilliyin və bütün münaqişələrin dic yolla həllinin tərəfdarıdır.

“Röyters” agentliyi Vaşinqtondan icazəsiz İrana hücum ediləcəyi halda İsrailin
Azərbaycana arxalanması və İranı vurmaq üçün Azərbaycanın hava bazalarından istifadə etmək istəməsi barədə məlumat yayıb.

Agentlik bu məlumatı Azərbaycanın keçmiş ordu zabitləri və Rusiya kəşfiyyatındakı mənbələrə istinadla yaydığını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG