Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:36

Saakashvili müxalifətə keçir [Video]


Saakashvili müxalifətə keçir
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00
-
Gürcüstan prezidenti Mikheil Saakashvili televiziya ilə müraciətində hakim Birləşmiş Milli Hərəkat Partiyasının parlament seçkisində uduzduğunu və müxalifətə keçdiyini bəyan edib.

Bazar ertəsi keçirilmiş seçkinin ilkin nəticələrinə görə, səslərin çoxunu müxalifətdə olan «Gürcü arzusu» koalisiyası qazanıb.

Müxalifət lideri və işadamı olan Bidzina Ivanishvili ölkə tarixində maraqlı presedent baş verdiyini, tarixdə ilk dəfədir ki, hökumətin seçki ilə dəyişdiyini deyib.

Gələn il qüvvəyə minəcək qanuna əsasən, parlament və Baş nazirə böyük səlahiyyətlər veriləcək.

2003-cü ildə hakimiyyətə gəlmiş Saakashvili’nin səlahiyyətləri 2013-cü ildə sona yetir.

Qərb tərəfdarı olan Saakashvili hesab edir ki, Ivanishvili ölkəni yenidən Moskvanın nüfuz dairəsinə qaytaracaq.

Ivanishvili bunu inkar edir, eyni zamanda Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olduğunu deyir.

Beynəlxalq müşahidəçilər seçkinin azad və ədalətli olduğunu deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG