Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:51
Yaponiyanın “Honda” konserni yarım milyon maşını geri çağırır.
Şirkət bildirir ki, bəzi maşınlarda sükanın hidro gücləndiricisində problem aşkarlanıb. Bu da maşını idarə etməkdə çətinlik yaradır və hətta yanğına gətirə bilər.

573 min maşın geriyə, yoxlanmağa çağırılır.

Bunlar hansı modellərdən olan maşınlardır?

2003-2007-ci illər arası buraxılan Accord V6 , 2007-2008-ci illərdə istehsal olunan Acura TL geri çağırılır. Təmir 2013-cü ildə başlanacaq.

Ancaq Azərbaycanda bu maşınların sahibləri yəqin ki, narahat olmaya bilər. Çünki geri çağırılan ABŞ və Kanadada satılan Hondalardır.

Onu da xatırldaq ki, keçən illərdə Honda öz maşınlıarını bir neçə dəfə geri çağırıb.
Bu, kütləvi şəkildə 2011-ci ildə olub. O vaxt Honda 2,4 milyon maşını geri çağırdı.
Onların avtomatik sürət keçiricisində proqram təminatı yeniləndirildi.

2011-ci ilin sentyabrında isə 1 milyon maşın geri çağırıldı. Onların elektrik şüşə qaldırıcısında problem tapılmışdı.
XS
SM
MD
LG