Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:14

MSK Gülər Əhmədovanın müraciətinə baxacaq


Mərkəzi Seçki Komissiyasının binası

Mərkəzi Seçki Komissiyasının binası

Gülər Əhmədovanın deputat mandatından imtinası ilə bağlı müraciətinə oktyabrın 3-də (saat 16:00-da) baxılacaq.

Bu barədə AzadlıqRadiosuna Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

YAP-dan olan deputat Gülər Əhmədova sosial şəbəkələrdə onunla bağlı yayılan qalmaqallı videodan sonra deputat mandatının ləğv olunması ilə bağlı sentyabrın 28-də Milli Məclis rəhbərliyinə müraciət edib.

Onun parlament sədrinə ünvanladığı müraciətdə qeyd edilir ki, o, Milli Məclisin deputatı kimi qalmağının ictimaiyyət arasında istintaqa təsir kimi qiymətləndirilə biləcəyindən və maraqlı qüvvələrin bundan istifadə edib işin obyektiv araşdırılmasına kölgə salmağa cəhdlər edəcəyini nəzərə alaraq belə bir addım atıb.

Parlament elə həmin gün baxılması üçün müraciəti MSK-ya göndərib.

Sentyabrın 25-də sosial şəbəkələrdə ABU rektoru Elşad Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı 16 dəqiqəlik video yayılıb.

Həmin videoda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan Sevinc. Babayeva arasında E. Abdullayevin deputat seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq öz əksini tapıb.

Sözügedən video ilə bağlı Cinayət Məcəlləsinin «dələduzluq» maddəsi ilə cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG