Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:13

Ukraynada jurnalistlər parlamenti qərarını dəyişməyə məcbur etdilər


Oktyabrın 2-də Ukrayna parlamenti böhtana görə məsuliyyətin agırlaşdırmasının əks olunduğu qanun layihəsinigeri qaytarıb. Demək olar ki, bütün deputatlar birinci oxunuşda səs verdikləri layihənin əleyhinə səs veriblər.

Qanun layihəsini parlamentə hakim partiya təqdim etmişdi. Layihədə böhtan və təhqirə görə 5 ilə qədər həbs cəzası nəzərdə tutulurdu.

Ötən ay parlament qanun layihəsini birinci oxunuşda qəbul edəndən sonra ictimaiyyətin etirazları olub. Oktyabrın 1-də 100-ə yaxın jurnalist və media fəalı Kiyevdə parlament qarşısında etiraz edib.

Beynəlxalq media təşkilatları da qanun layihəsini pisləyib.
XS
SM
MD
LG