Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:28

Nigar Yaqublunun istintaq prosesi yekunlaşır


Oktyabrın 2-də Nigar Yaqublunun istintaq prosesi yekunlaşacaq. Bu haqda onun vəkili Osman Kazımov məlumat verib. O. Kazımov bildirib ki, Nigar Yaqublu barəsindəki həbs qətimkan tədbiri dəyişdirilməzsə, bunun sifarişli bir həbs olduğu bir daha sübut olunacaq.

Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu sentyabrın 11-də tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.

Nigar Yaqublu Bakı İstintaq Təcridxanasında saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG