Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:14

Xocavənd rayonunun işğalından 20 il ötür


Arxiv foto
Arxiv foto
Azərbaycanın Xocavənd rayonunu 1992-ci il oktyabrın 2-də Ermənistan hərbi birləşmələri zəbt edib.

Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb.

Rayonun sahəsi 1458 kvadrat kilometr, əhalisi 41 min 216 nəfər olub. Rayon bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut) və 83 kənddən ibarət olub.

Bu rayondan olan məcburi köçkünlər indi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.

Ekologiya və Təbi Sərvətlər nazirliyi işğal altında olan rayonun flora və faunasının tamamilə məhv edildiyini bildirilir.

Nazirliyin məlumatına görə, işğal altında olan rayon ərazisi mütəmadi yandırılır, istilik materialına yararlı ağaclar qırılaraq Ermənistana daşınır və ordan da digər ölkələrə satılır.

Yandırılmış ərazilərdə 47 adda bitki və 19 adda ağac nümunələri kökündən yanaraq məhv olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG