Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:47

Yaxınları Nigar Yaqublu ilə görüşüb


Nərgiz Yaqublu sentyabrın 29-da anası ilə birlikdə həbsdə olan bacısı Nigar Yaqublu ilə görüşüb.

Nərgiz Yaqublunun verdiyi məlumata görə, bacısının səhhəti yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur.

«Təcridxana işçilərinin davranışından da razılıq elədi, həm kamera yoldaşlarına, həm də ona qarşı heç bir kobudluğa yol vermədiklərini bildirdi. Nigar bizdən möhkəm olmamızı xahiş elədi, dedi ki, ruhdan düşməyək, hər şey yaxşı olacaq».

Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu sentyabrın 11-də tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.

Nigar Yaqublu Bakı İstintaq Təcridxanasında saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG