Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:19

İvanishvili deyir ki, xalq ilk dəfə demokratik seçki şansı qazanıb


Gürcüstanda parlament seçkilərində səs verən müxalifət lideri İvanishvili deyib:
“Bu, Gürcüstanda tarixi gündür. Gürcüstanın nəinki yaxın, hətta bütün tarixində ilk dəfə olaraq xalqın demokratik seçki, ən azı demokratikliyə yaxın olan seçki keçirmək şansı var.

Prezident Saakaşvili isə səs verəndə deyib ki, bu gün Gürcüstanın taleyi həll olunur.

Oktyabrın 1-də Gürcüstanda 14 partiya və 2 blok parlamentdə 150 yer uğrunda mübarizə aparır.

2003-cü ilin Qızılgül İnqilabı ilə hakimiyyətə gələn Saakaşvilinin hakim partiyası bu 9 ildə ilk dəfədir ki, güclü rəqabətlə qarşılaşıb.

Milyarder İvanishvilinin liderlik etdiyi “Gürcüstan Arzusu” bloku Saakaşvilini avtoritar rejim yaratmaqda, Saakaşvili isə İvanishvilini Kremlin maraqlarını yeritməkdə ittiham edir.

Bu seçki həm də ona görə həlledicidir ki, ölkənin siyasi sistemi dəyişir, parlamentə və baş nazirə daha çox səlahiyyət verilir.
XS
SM
MD
LG