Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:39

«Deputatların Etik Davranış Kodeksi» layihəsi hazırlanır


Milli Məclisin payız sessiyasının gündəliyinə «Deputatların Etik Davranış Kodeksi» layihəsi də əlavə oluna bilər.

Bu təkliflə Milli Məclisin oktyabrın 1-də keçirilən iclasında parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.

Əli Hüseynli deyib ki, «Deputatların Etik Davranış Kodeksi» ayrıca layihə kimi də qəbul edilə bilər və ya «Deputat statusu haqqında» qanunda da yer ala bilər.

Komitə sədri bununla bağlı layihə hazırlandığını deyib.

Əli Hüseynli deyib ki, o, artıq intizam komissiyası ilə məsələni müzakirə edib. İntizam komissiyası da buna razıdır.
XS
SM
MD
LG