Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:59

Gülər Əhədova ilə bağlı video Naxçıvanda da müzakirə olundu


Gülər Əhmədova və Elşad Abdullayev

Gülər Əhmədova və Elşad Abdullayev

Sentyabrın 30-da İctimai Palatanın Naxçıvan şöbəsinin yığıncağında Gülər Əhmədova ilə bağlı video müzakirə olunub. Müzakirədən sonra qəbul olunan bəyanatda məsələyə düzgün hüquqi qiymət verilməsi ilə yanaşı Milli Məclisin və MSK-nın buraxılması da tələb olunur.

Bu haqda AzadlıqRadiosuna İctimai Palatanın yerli şöbəsinin üzvü, Müsavat Partiyasının Naxçıvan təşkilatının sədri Sabir Vəliyev məlumat verib:

“Bu çox ciddi bir məsələdir. Video olayı bir daha təsdiq elədi ki, hazırkı parlament saxta, təyinatlı şəkildə formalaşıb. Ona görə də belə parlament dərhal buraxılmalıdır. Biz MSK-nın da buraxılmasını tələb edirik. Hesab edirik ki, parlamentin bu cür saxta yollarla formalaşmasında əsas rolu MSK oynayır”

Yığıncaqda Naxçıvandakı ictimai – siyasi vəziyyət də müzakirə olunub, palataya yeni üzvlər qəbul olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG