Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:08

«Yeni İdarəçilər» şəbəkəsi qurulur


Azərbaycanın qərb rayonlarında «Yeni İdarəçilər Məktəbi» adlanan layihə həyata keçirilir.

Layihənin məqsədi regionlarda gənclərə idarəçilik və liderlik mövzusunda təlimlər, interaktiv seminarlar, debatlar təşkil etməklə onların bu sahədə yeni bilik və bacarıqlarının artırılmasına nail olmaqdır.

2 gündür ki, başlanan layihə Gəncə, Mingəçevir, Qazax, Tovuz və Goranboyda icra olunur.

Layihə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə reallaşır.
XS
SM
MD
LG