Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:46

Gəncədə avtomobil 3 piyadanı vuraraq öldürüb


Ötən gecə saat 21 radələrində Gəncə şəhərində avtomobil 3 piyadanı vurub qaçıb.
Bu barədə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Prospektlə hərəkətdə olan naməlum avtomobil yolu keçmək istəyən Gəncə şəhər sakinləri 82 yaşlı Urux Əsgərovanı, 38 yaşlı Vəfa Vəliyevanı və 12 yaşlı Xatın Vəliyevanı vuraraq qarşı tərəfdən gələn Mersedes markalı maşının üstünə atıb.

Nəticədə Əsgərova UruxVəliyeva Vəfa hadisə yerində vəfat ediblər.

12 Yaşlı Vəliyeva Xatın ölümcül halda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsində cinayəti törədən şəxsin tapılması üçün əməliyyat-istintaq tədbirləri görülür.

Günün bütün mövzuları

XS
SM
MD
LG