Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:58

Qərb bölgəsinin ən böyük bayraq meydanı Göygöldə olacaq


Bayraq rayonun dağlara yaxın ən hündür hissəsində tikiləcək və 70 m hündürlükdə dalğalanacaq.

Bu barədə məlumatı Göygöl rayon İcra Hakimiyyətindən veriblər. Məlumata görə, meydanın tikilməsi üçün 5 hektar ərazi ayrılıb ki, bunun da 300 kv/m-də bayraq meydanı inşa edilir. Bayraq meydanı ərazisində muzeyin tikilməsi də nəzərdə tutulur.

Bildirək ki, bayrağın sağ və sol tərəfindən pilləkənlər inşa edilib.

Bu ilin iyul ayından start verilən işlər oktyabrın sonunda yekunlaşacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG