Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:23

Cexiya prezidenti mühavizə xidmətinin rəisi istefa verib


Çexiya prezidenti Vaslav Klausun mühavizə xidmətinin rəhbəri İrj Sklenka istefa verib.

Buna səbəb prezident cümə günü ölkənin şimalındakı Xrastava şəhərində olarkən baş vermiş insident olub.

Pavel Vondrouş adlı 26 yaşlı gənc prezidentə yaxınlaşaraq onun əlinə plasitk güllə atan tapanca verib, çaxmağı bir neçə dəfə çəkdikdən sonra isə heç bir maneəsiz hadisə yerindən uzaqlaşıb.

O yalnız bir müddət sonra saxlanıb.

Özü də mühavizə xidmətinin əməkdaşları yox, polis tərəfindən.

Mühavizə xidmətinin rəisi videogörüntüyə baxdıqdan sonra əməkdaşlarının kobud səhvə yol
verdiklərini etiraf edərək istefa verib.

İnsident zamanı Prezidentə heçnə olmayıb.

Çaxmağı çəkən gəncə isə dələduzluq ittihamı ilə 2 il həbs cəzası kəsilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG