Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42

«Gəlin dost olaq...»


-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

8 avqust 2012. sayı: 148(20.553)


AMEA NAXÇIVAN BÖLMƏSİNİN YARADILMASININ 10 İLLİK YUBİLEYİ QEYD EDİLİB

...Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuş, Heydər Əliyev Muzeyində olmuşlar. Sonra tədbir bölmənin akt zalında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan bölmə sədri, akademik ismayıl Hacıyev geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin yaradılması haqqında imzaladığı sərəncamdan 10 il ötür. 10 il bundan əvvəl – 7 avqust 2002-ci il tarixdə ulu öndərimizin sərəncamı ilə Akademiyanın Naxçıvan Bölməsi yaradılmışdır.

...Sonra bölmənin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbovun, kimya elmləri doktoru Əliəddin Abbasovun çıxışları olmuşdur.

GƏLİN DOST OLAQ

...İndi icazə verin, deyim ki, bizim sahibkarlar və onların təyin etdiyi satıcılar üçün qayda belədir: işə gəl, alıcıya malı sat, işdən get. Bu qədər bəsit. Amma səliqə, nəsnələrin mağazadakı düzgün vəziyyəti, nizamlı olmaq – filan, necə deyərlər, sonrakı söhbətdir. Bu da oldu “qayda”. Sahibkarlarımız və onların təyin etdiyi satıcılar gərək məndən inciməsinlər. Çünki mənim onlara kiçik xatırlatmalarım var.

Məsələn, bizim satıcılarımız çox vaxt mağazada özlərini satıcı kimi aparmırlar və onlarda “biçarə” alıcılara qarşı qəribə bir narazılıq olur. Sual oluna bilər ki, biz alıcılar niyə belə düşünürük? Çünki alıcı olaraq mağazaya giririk, əvvəlcə mağazada insan çox olduğuna görə satıcının kim olması barədə çaş – baş qalırıq, sonra öz təxminimizə və alıcı hissimizə güvənərək satıcı hesab etdiyimiz şəxsə müraciət edirik. Və elə o anda yuxarıdakı dialoqdan biri peyda olur. İstehzalı baxışları ilə bizi süzən, əslində alıcı olan həmin şəxs sanki günahkar bizmişik kimi narazı halda satıcı olmadığını bildirir.
Növbəti əmma. Mağazaya daxil olan alıcısatıcının qəmli, kədərli, dilxor siması ilə rastlaşır. Salamlaşır, qarşılıq yoxdur, çünki, satıcı telefonundakı “ağlamalı” mahnılardan birinə qulaq asa – asa, fikirli – fikirli çayını qurtumlayır. Biçarə alıcı başlayır mağazadakı mallara baxıb qiymətləri sotuşmağa....

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Badminton yarışı
- Pərpərən bitkisi haqqında nə bilirik?
- Naxçıvan şəhərinin avtomobil yolları yenidən qurulur
XS
SM
MD
LG