Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:09

Hələbdəki qədim bazar məhv edilib


Suriyanın hökumət qüvvələri bazar günü Hələb şəhərində üsyançıların mövqelərini intensiv atəşə tutub.

Cümə günü şəhərin tarixi mərkəzdə baş vermiş yanğın nəticəsində YUNESKO-nun siyahısına düşən orta əsirlərə aid örtülü bazar tamamilə məhv olub.

Yerli fəallar ümumilikdə 700-ə yaxın qədim bina və tikilinin yandığını deyirlər.

Həmçinin hökumət qüvvələri Dəməşq əyalətindəki Xarasta qəsəbəsini havadan bombalayıb.

Bu qəsəbə üsyançıların nəzarətindədir.

Zabadani şəhərində keçirilmiş reyd zamanı isə bir neçə müxalifətçi həbs edilib.

Hüquq müdafiəçilərinin məlumatına görə, şənbə günü ölkədə 118 adam öldürülüb ki, onların təxminən 50-si dinc sakinlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG