Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:43

Timoşenko seçiciləri hakim partiyaya səs verməməyə çağırıb


Ukraynanın həbsdə olan keçmiş baş mnaziri Yurlya Timoşenko seçiciləri qarşıdan gələn parlament seçkisində hakim partiyadan olna namizədlərə səs verməməyə çağırıb.

Onun xəstəxanadan elədiyi 2 dəqiqəlik videomüraciət rəhbərlik etdiyi “Batkivşina” partiyasının saytında yerləşdirilib.

Timoşenko xalqı onun maraqlarına məhlə qoymayan mafiya hakimiyyətinə son qoymağa çağırıb.

Ukraynada növbəti parlament seçkisi oktyabrın 28-nə təyin edilib.

Keçmiş baş nazir hakimiyyətdə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalayarkən səlahiyyətlərini aşma ittihamı ilə hazırda 7 illik həbs cəzası çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG