Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:05

Mücahidlər artıq terrorçu deyil


ABŞ Dövlət Departamenti İran müxalifət birləşməsi olan “Xalq mücahidləri” qrupunu terrorçu təşkilatlar siyahısından çıxarıb.

Qərar cümə günündən qüvvəyə minib.

Dövlət Departamentinin bəyanatında deyilir ki, bu qrup açıq şəkildə zorakılığı pisləyib və son 10 illikdə onun hər hansı terror aktında əli olduğu sübuta yetirilməyib.

Bundfan başqa “ Xalq mücahidləri” qrupu özünün İraqdakı qaçqın düşərgəsinin köçürülməsində BMT ilə əməkdaşlıq edir.

ABŞ 15 il əvvəl bu qrupu terrorçu təşkilatlar siyahısına salmışdı.

İran rejiminə qarşı mübarizə aparan bu qrup zorakılıqdan əl çəkərək dinc mübarizə yolunu seçdiyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG